Bentankur xəstəxanadan məlumat paylaşdı
İdman
09.01.2025 12:00
İngiltərə Liqa Kubokunun yarımfinalında “Liverpul”a qarşı oyun zamanı huşunu itirən “Tottenhem”in futbolçusu Rodriqo Bentankur sosial şəbəkələrdə səhhəti barədə məlumat paylaşıb.
TodayPress xəbər verir ki, yarımmüdafiəçi səhhətinin yaxşı oluğunu bildirib.
Futbolçu dəstək mesajlarına görə təşəkkürünü bildirib və komandasını qələbə münasibətilə təbrik edib.
Qeyd edək ki, yanvarın 8-də keçirilən görüşdə hava mübarizəsi zamanı boynu üstünə düşən uruqvaylı futbolçu özündən gedib. Huşunu itirən yarımmüdafiəçi meydanı xərəkdə tərk edib. Futbolçu xəstəxanaya yerləşdirilib.
Namiq HUN
tag: Xəstəxana ,Liverpul, Rodriqo, Futbolçu ,todaypress.az,