Bentankur 7 oyunluq cəzalandırılacaq
İdman
14.11.2024 10:52
“Tottenhem” klubunun yarımmüdafiəçisi Rodriqo Bentankur Son Hın-Minə qarşı uğursuz zarafatya görə uzun müddət diskvalifikasiya olunmaq riski ilə üzləşib.
TodayPress “Daily Mail”ə istinadən xəbər verir ki, uruqvaylı futbolçu ötən mövsümün sonunda verdiyi müsahibəsində “bütün cənubi koreyalıların eyni göründüyünü” söyləyib.
Bentankur daha sonra sosial media vasitəsilə Sondan üzr istəsə də, diskvalifikasiyadan canını qurtara bilməyib.
İngiltərə Futbol Assosiasiyası (FA) uruqvaylı futbolçunu 7 oyunluq diskvalifikasiya edəcək. Rodriqo Bentankur milli və ya irqə əsaslanan təhqiredici davranışa görə cəzalandırılacaq.
Namiq HUN
tag: İngiltərə, Uruqvay, Cənubi Koreya, FA,Rodriqo Bentankur, todaypress.az,