“Benfika”ya məğlubiyyət Brunuya baha başa gəldi
İdman
12.11.2024 18:40
“Porto” futbol klubunun azarkeşləri baş məşqçi Vitor Brununu təhqir edib, avtomobilini zədələyiblər.
TodayPress “Record.pt”yə istinadən xəbər verir ki, hadisə komandanın təlim-məşq bazasında baş verib.
Portuqaliya çempionatının XI turunda “Porto”nun “Benfika”ya (1:4) məğlubiyyəti səbəbindən 100-ə yaxın azarkeş bazada Vitorun avtomobilini təpiklə zədələməklə yanaşı, çoxsaylı təhqirlərə məruz qoyublar.
Təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra mütəxəssisə idarə etdiyi avtomobillə ərazini tərk etməyə şərait yaradılıb.
Namiq HUN
tag: Benfika,Brunu, Porto, Hadisə, Çempionat, todaypress.az,