“Benfika”da türk şousu davam edir

İdman

24.09.2024 10:41

Portuqal Liqasının növbəti turu türkiyəli futbolçuların baxımlı oyunu ilə yadda qalıb. 

TodayPress xəbər verir ki, “Benfika”da oynayan Kerem Aktürkoğlu və Orkun Kökçü “Boavişta” ilə səfər matçında söz sahibi olublar. 

Lissabon təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatan matçda Kökçü qol burub, Kerem ilk 2 qolun ötürməsini edib. "Benfika"nın digər 2 qolunu isə Pavilidis və Kabral vurublar.

Qeyd edək ki, bu mövsüm Aktürkoğlu “Benfika”nın heyətində meydana çıxdığı 3 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Kökçü isə 7 oyunda 3 qolun və 3 qol ötürməsinin müəllifi olub.

“Benfika” Portuqal Liqasının 6 turundan sonra 18 xalla mütləq liderdir.

Namiq HUN

tag: Portuqal, Benfika ,Liqa ,Kerem Aktürkoğlu ,Boavişta ,todaypress.az,