“Benfika” klubu korrupsiyada ittiham edildi

İdman

16.10.2024 00:17

Portuqaliya prokurorluğu Lissabonun "Benfika" futbol klubunu korrupsiyada ittiham edib və komandanın bütün turnirlərdən uzaqlaşdırılmasını tələb edib.

 

TodayPress xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” qəzeti məlumat yayıb.

Klubun keçmiş prezidenti Luis Filipe Vieira və keçmiş hüquq məsləhətçisi Paulo Qonçalves korrupsiya və vergi fırıldaqlarında ittiham olunurlar.


Prokurorluq "Benfika"nın 6 aydan 3 ilə qədər idman yarışlarında iştirakdan kənarlaşdırılmasını tələb edir.

tag: Benfika, Portuqaliya, Futbol, Filipe, Paulo, todaypress.az,