"Benfika" Kərəmlə müqavilə imzaladı

İdman

03.09.2024 16:08

“Qalatasaray”ın yarımmüdafiəçisi Kərəm Aktürkoğlulun "Benfika"ya keçidi rəsmiləşib.

TodayPress xəbər verir ki, futbolçu ilə 2029-cu ilin iyununa qədər müqavilə imzalanıb.

Kərəm Aktürkoğlu 2020-ci ildən “Qalatasaray”da çıxış edirdi. Bu mövsüm o, İstanbul təmsilçisinin heyətində 6 matçda meydanda olub. Yarımmüdafiəçi bu görüşlərdə 2 qol vurub və 3 məhsuldar ötürmə verib.

Namiq HUN

tag: Qalatasaray, Kərəm Aktürkoğlu, İstanbul ,Yarımmüdafiəçi, Benfika, todaypress.az,