"Benfika" Di Mariya ilə bağlı qərar verdi

İdman

12.07.2024 12:33

“Benfika” futbol klubu 2024/25 mövsümünün heyətini açıqlayıb. 

TodayPress xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi Lissabon  təmsilçisi ilə 1 illik yeni müqavilə imzalayacaq. Tərəflər əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər. Argentinalı futbolçu müqaviləni Amerika kuboku başa çatdıqdan sonra rəsmən imzalayacaq.

Qeyd edək ki, son mövsüm Di Mariya "Benfika" ilə bütün turnirlərdə 48 matça çıxıb. O, bu görüşdə 17 qol vurub və 15 məhsuldar ötürmə verib.

Namiq HUN

tag: Benfika, Mariya, Lissabon, Amerika Kubok, Turnir, todaypress.az,