Bellinqem Londona gedir?
İdman
13.11.2024 15:30
“Tottenhem” klubu “Sanderlend”in futbolçusu Cob Bellinqemi heyətinə qatmaq istəyir.
TodayPress xəbər verir ki, transfer dəyəri 21 milyon funt sterlinq olan futbolçu London klubunun transfer planındadır.
Cud Bellinqemin kiçik qardaşı olan Cob cari mövsüm 13 oyunda 2 qol vurub və 1 assist edib.
Qeyd edək ki, Cobun xidmətində Premyer Liqa təmsilçisi ilə yanaşı, Dortmund “Borussiya”sı da maraqlıdır.
Namiq HUN
tag: Tottenhem, Bellinqem, Liqa, Borussiya, Dortmund, todaypress.az,