Bellinqem La Liqada mövsümün futbolçusu seçildi

İdman

22.11.2024 16:21

İspaniya Futbolçuları Assosiasiyası La Liqanın 2023/24 mövsümünün ən yaxşı futbolçusunun adını açıqlayıb.

TodayPress xəbər verir ki, “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem bu şərəfə nail olub. 

O, “kral klubu”nun heyətində keçirdiyi ilk mövsümdə 28 matça çıxıb, 19 qol vurub və 6 məhsuldar ötürmə edib.

Nəticədə Bellinqhem La Liqanın bombardiri olmaq uğrunda yarışda “Vilyarreal”ın keçmiş hücumçusu Aleksandr Serlot və “Jirona”nın sabiq forvardı Artem Dovbikdən sonra 3-cü yeri tutub.

Qeyd edək ki, Bellinqem cari mövsüm bütün turnirlərdə 13 oyuna çıxıb, 1 qol vurub və 4 asist edib.

Namiq HUN

tag: Bellinqhem, La Liqa,Aleksandr Serlot , Turnir, todaypress.az,