Bellinqem konservativ müalicəni seçdi

İdman

06.06.2024 22:18

1650

Cud Bellinqem yaşıl meydanlardan kənarda qala bilər.

TodayPress xəbər verir ki, "Real Madrid" klubunun aparıcı futbolçusu əməliyyat olunacağı təqdirdə bu xoşagəlməz halla üzləşəcək. Yarımmüdafiəçi La Liqa matçlarının birində çiynindən xəsarət alıb. Bellinqemin əməliyyatdan sonra bərpa prosesi təxminən üç ay çəkəcək. O, mövsümün əvvəlini buraxa bilər. Cud Bellinqem hazırda İngiltərə millisinin düşərgəsindədir. Konservativ müalicə alan futbolçu Avro-2024-ə hazırlaşır.

Qeyd edək ki, “Qızıl top”a namizəd beşlikdə Vinisius Junior, Harri Keyn, Toni Kroos və Kilian Mbappe ilə yanaşı, Cud Bellinqem də yer alıb. Avropa çempionatını İngiltərə yığması qazansa, o zaman vəziyyət Bellinqem üçün birmənalı olacaq. Onun aktivində Çempionlar Liqası və La Liqa qalibiyyəti var. Yəqin ki, Cud Bellinqem bu şansı qaçırmaz.

20 yaşlı yarımmüdafiəçi son mövsüm "Real Madrid"in heyətində 42 oyuna çıxıb, 23 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

 Namiq HUN

tag: "Real Madrid, Bellinqemin, Çempionlar Liqası, Harri Keyn, todaypress.az,