Bellinqem dekabrın ən yaxşı futbolçusu seçildi

İdman

27.12.2024 16:53

“Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinqem dekbarda La Liqanın ən yaxşı futbolçusu seçilib.

TodayPress xəbər verir ki, o, ilin son ayında 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

İngiltərəli futbolçu “Atletiko”dan Antuan Qrizmann, “Barselona”dan Rafinya Dias, “Atletik”dən Oyan Sanset və “las Palmas”dan Sandro Ramiresi üstələyib. 

Namiq HUN

tag: Atletik, Liqa, Futbolçu ,Liqa, todaypress.az,