Bellinqem adını IFFHS tarixinə yazdı

İdman

19.12.2024 11:40

024-cü ilin ən yaxşı pleymeykeri məlum olub.

TodayPress xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) nümayəndələri arasında keçirdiyi səsvermənin nəticələrini açıqlayıb.

İngiltərə millisinin və “Real Madrid” klubunun futbolçusu Cud Bellinqem ən yaxşı adını qazanıb. O, 133 səs toplayıb.

Kevin de Bruyne (Belçika, “Mançester Siti”) 96 səslə ikinci yeri tutub. İlk üçlüyü 78 səs yığan Toni Kroos (Almaniya, “Real Madrid”) tamamlayıb.

Qeyd edək ki, Cud Bellinqem 2022-ci və 2023-cü illərdə İFFHS-in ən yaxşı gənc oyunçu mükafatını qazanıb.

Namiq HUN

tag: İFFHS ,Mançester, Belçika, Pleymeyker, todaypress.az,