Bellingem ötən mövsümün ən yaxşısı seçildi

İdman

12.11.2024 10:26

La Liqada 2023/24 mövsümünün ən yaxşısı - Alfredo Di Stefano mükafatının sahibi müəyyənləşib. 

TodayPress xəbər verir ki, mükafatı “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellingem qazanıb.

İngiltərəli futbolçu La Liqada meydana çıxdığı 28 matçda 19 qol vurub və 6 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: La Liqa, Real Madrid, Cud Bellingem, İngiltərə, todaypress.az,