Bellingem çempionatın ən yaxşısı seçildi

İdman

28.04.2025 21:30

6

Yarımmüdafiəçi Cob Bellingem 2024/25 mövsümü üçün Çempionşipdə ilin ən yaxşı gənc oyunçusu seçilib. 

TodayPress xəbər verir ki, bu barədə onun çıxış etdiyi "Sanderlend" klubunun rəsmi saytı məlumat yayıb. 

Bu mövsüm Çempionşipdə 39 matça çıxan 19 yaşlı oyunçu bu görüşlərdə 4 qol vurub və 3 məhsuldar ötürmə edib. 

"Sanderlend" mövsümün sonuna bir tur qalmış Premyer Liqaya yüksəlmək üçün mübarizə aparacağı pley-offa vəsiqəni artıq təmin edib. 

Cob Bellingem "Real Madrid"in ulduzu Cud Bellingemin kiçik qardaşıdır. "Transfermarkt" Cudun dəyərini 22 milyon avro qiymətləndirir.

tag: Cob Bellingem, Çempionat,"Sanderlend,Transfermarkt, todaypress.az,