“Bellator” brendi tarixə qovuşdu
İdman
17.01.2025 11:55
Dünyanın ən böyük və güclü qarışıq döyüş sənəti təşkilatlarından biri olan “Bellator” fəaliyyətini dayandırıb.
TodayPress xəbər verir ki, təşkilatın 2023-cü ildə rəqib PFL tərəfindən alınmasından sonra hadisələrin inkişafı belə sonluqla bitib.
“Bellator” döyüşçüləri dəfələrlə birləşmədən sonra unudulduqlarını bəyan ediblər. Turnirlər təşkil edilməyib, qonorar ödənilməyib, heç bir danışıqlar aparılmayıb.
Yanvarın 25-də təşkilatın Birləşmiş Ərəb Əmirliklərində vida turniri, “Bellator” Çempionlar Seriyası keçirilməli idi. Şoudan bir həftə əvvəl onun adı dəyişdirilərək “PFL Çempionlar Seriyası Dubay” olub.
PFL-in baş direktoru Donn Devis məsələyə aydınlıq gətirib.
“PFL bir il əvvəl “Bellator”u böyük döyüşçülər siyahısına görə alıb. Gələcəkdə bütün tədbirlər PFL brendi altında keçiriləcək. Döyüşçülər indi dünya miqyasında güclü PFL brendi altında birləşib” Devis bildirib.
Namiq HUN
tag: Bellator, Turnir,Donn Devis ,Seriya, todaypress.az,