Belə getsə MY azarkeşlərini itirəcək
“Mançester Yunayted” klubunun “The 1958” fanat qrupu azarkeşləri hədəflərindən uzaq düşən komandanın çıxışına kütləvi etiraz etməyə səsləyib. TodayPress xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Bildirilir ki, azarkeş qrupu bəyanat yayaraq, “Mançester Yunayted” fanatlarını Premyer Liqanın XXVIII turunda “Arsenal”la matça qara geyimdə gəlməyi xahiş edib.
Fanat qrupu belə etirazla “qırmızı şeytanlar”ın öldüyünə eyham vurmağı planlaşdırır.
Qeyd edək ki, “Mançester Yunayted” – “Arsenal” görüşü martın 9-da keçiriləcək.
Namiq HUN
tag: Mançester Yunayted, Futbol, Liqa, Turnir, todaypress.az,