Belçikalı ulduz yekun qərarını açıqladı
“Qalatasaray” klubunun belçikalı futbolçusu Dris Mertens rəhbərliklə görüşərək gələcəyi ilə bağlı qərarını açıqlayıb.
TodayPress xəbər verir ki, bu barədə “SporX” məlumat yayıb.
Mertens cari mövsümün sonunda futbolu buraxıb, Okan Burukun məşqçi heyətinə qatılacaq.
Qeyd edək ki, ulduz futbolçu 2022-ci ilin yayından “Qalatasaray”da çıxış edir.
Dris Mertens cari mövsüm Istanbul təmsilçisinin heyətində meydana çıxdığı 42 oyunda 5 qol vurub və 18 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: Dries Mertens,Qalatasaray,Karyera,Vinger,Todaypress.az,