Belçikalı azarkeşlər həbs olundu
İdman
04.10.2024 12:28
UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda İspaniyada “Real Sosyedad”la qarşılaşan Belçikanın “Anderlext” klubunun 8 azarkeşi həbs edilib.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, onlar tribunalarda yol verdikləri qanun pozuntusuna görə saxlanılıblar.
Yerli təhlükəsizlik departamentinin məlumatına görə, azarkeşlərdən biri hökumət rəsmilərinə hücuma görə həbs edilib.
Digər azarkeşlər isə ictimai asayişi pozaraq stadiona zərər vurduqlarına və təhlükəsizlik agentlərinə müqavimət göstərdiklərinə görə cəzalı duruma düşüblər.
Matç zamanı belçikalı fanatlar yerli azarkeşlərə əşyalar atıblar.
Qeyd edək ki, “Real Sosyedad” - “Anderlext” görüşü qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Namiq HUN
tag: Azarkeşlər, Belçika ,Həbs ,Cəza ,todaypress.az,