Belçika Rumıniya səddini inamla keçdi

İdman

23.06.2024 01:23

Avropa çempionatının E qrupunda 2-ci tura Belçika – Rumıniya  qarşılaşması ilə yerun vurulub. Komandalar Kölndəki “Rayn-Enerji” stadionunda münasibətlərinə aydınlıq gətiriblər.

TodayPress xəbər verir ki, bu qarşılaşmada Belçika Slovakiya yığmasına ilk turdakı məğlubiyyətin təsadüfi olduğunu sübut etməli idi.  “Qırmızı iblislər”i qarşıda çətin rəqib gözləyirdi. Pley-offun yaxın olduğunu hiss edən rumınları yenmək asan olmayacaqdı. Amma Belçika nə etməli olduğunu bilirdi.

İlk hissəni Domeniko Tedeskonun komandası Yuri Tilemansın 2-ci dəqiqə qolu ilə irəlidə bitirdi. Oyunda son nöqtəni isə 80-ci dəqiqədə Kevin De Bruyne qoydu 2:0.

Rumıniya uğuru Belçika millisinə pley-off şansı qazandırdı. E qrupunda final mərhələsi həyəcanı davam edir.   

 Namiq HUN

tag: Belçika , Slovakiya yığması, Pley-off, Rumınya, todaypress.az,