Belçika Qran-Prisinin qalibi Hemilton oldu

İdman

29.07.2024 09:50

"Formula-1" üzrə Dünya çempionatının Belçika Qran-Prisi keçirilib.

TodayPress xəbər verir ki, 44 dövrədən ibarət yarışın qalibi adını "Mercedes" pilotu Lyuis Hemilton qazanıb. 

Spa-Frankorşam trasında komanda dublla yadda qalacaqdı, Corc Rassell diskvalifikasiya edilməsəydi. Britaniyalı pilotun avtomobili digərlərindən 1,5 kq yüngül olub.

Nəticədə yarışı 2-ci pillədə başa vuran "Mercedes"in digər pilotu Lyuis Hemilton qalib elan olunub. 

İlk üçlüyü "Maclaren"in pilotu Oskar Piastri ilə “Ferrari”dən Şarl Lekler tamamlayıb.

Cədvələ 265 xalla “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen başçılıq edir. Onu 189 xalla “Maclaren”də yarışan Lando Norris izləyir.

Namiq HUN

tag: Belçika, Spa-Frankorşam, Formula 1, Qran-Prisi, Corc Rassell, todaypress.az,