Bekhemin oğlu karyerasını bitirdi
İngiltərənin
əfsanəvi futbolçusu Devid Bekhemin oğlu Romeo Bekhem karyerasını bitirməyə qərar
verib.
TodayPress
xəbər verir ki, 22 yaşlı Bekhem bütün diqqətini model biznesinə yönəltmək istəyir.
Romeo
2023-cü ildən “Brentford”un ikinci komandasında oynayır. O, klubun əməkdaşlıq təklifini
rədd edib.
Qeyd edək ki, Romeo Bekhem artıq Parisin aparıcı model agentliklərindən biri ilə müqavilə imzalayıb.
Namiq
HUN
tag: Brentford, Romeo Bekhem,Devid Bekhem,Paris,todaypress.az,