Beker altı həftə futbol oynamayacaq
"Liverpul" futbol klubunun və Braziliya millisinin qapıçısı Alisson Beker yığmaların oyunlarına görə noyabrda yaranacaq növbəti fasiləyə qədər meydana çıxmayacaq.
TodayPress "Sky Sport"a istinadən xəbər verir ki, qolkiper Premyer Liqa çərçivəsində "Kristal Pelas"la (1:0) keçirilən matçda zədələnib.
Beker sağlamlığı ilə bağlı təxminən altı həftə futboldan kənarda qalacaq.
Qeyd edək ki, braziliyalı qolkiperin Premyer Liqada “Çelsi”, “Arsenal”, “Brayton” və “Aston Villa”, UEFA Çempionlar Liqasında isə “Leypsiq” və “Bayer 04” komandaları ilə oyunları buraxacağı gözlənilir.
Namiq HUN
tag: Liverpul, Furbol, Premyer Liqa,Alisson Beker,Kristal Pelas,Zədə,todaypress.az,