Bekaonun əməliyyatı uğurlu keçdi

İdman

28.12.2024 18:15

“Fənərbağça” klubunun futbolçusu Rodriqo Bekao əməliyyat olunub.

TodayPress xəbər verir ki, diz ön çarpaz bağları qopan braziliyalı futbolçunun əməliyyatı uğurlu keçib. Artıq mərkəz müdafiəçisinin reablitasiya prosesi başlayıb.

Bekao Super Liqanın XVI turunun “Başakşəhər”lə matçında zədələnib. 28 yaşlı futbolçu mövsümün sonuna kimi komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, “Fənərbağça” braziliyalı arxa xətt oyunçusunu ötən ilin yayında “Udineze”dən transfer edib. Rodriqo cari mövsüm “sarı-lacivərdlilər”in heyətində meydana çıxdığı 15 rəsmi matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Namiq HUN

tag: Fənərbağça ,Udinez, Oyunçu ,Qol ,todaypress.az,