Bekao mövsümü başa vurdu
“Fənərbağça” futbol klubu ciddi itki ilə üzləşib.
TodayPress klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Rodriqo Bekao sıradan çıxıb.
Braziliyalı futbolçu Super Liqada “Başakşəhər”lə oyunda zədə alıb. O, mövsümün qalan hissəsini buraxmalı olacaq.
Qeyd edək ki, Bekao cari mövsüm 15 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Namiq HUN
tag: İstanbul ,Klub, Mətbuat ,Xidmət ,Bekao, todaypress.az,