Bəhlul Mustafazadə yenidən “Qəbələ”də
Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Ağdam klubundan ayrılacaq.
TodayPress xəbər verir ki, müdafiəçi mövsümlərarası fasilədə “Qəbələ”yə keçəcək.
Ağdam təmsilçisi ilə müqaviləsi 2027-ci ilədək olan Mustafazadə “qırmızı-qaralar”a icarəyə veriləcək.
O, 2025/26 mövsümünü yetirməsi olduğu “Qəbələ”də keçirəcək. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla problemi olduğu iddia edilən 28 yaşlı futbolçu qarşıdakı bir ili sabiq komandasında oynayacaq.
Qeyd edək ki, “Qarabağ”ın 12-ci çempionluğu qazandığı “Sabah”la oyundan sonra soyunub-geyinmə otağında bütün futbolçuları təbrik edən Qurbanov Mustafazadəni diqqətdən kənar qoyub.
(İdman.biz)
Namiq HUN
tag: Qarabağ,Bəhlul Mustafazadə,Müdafiəçi,Qəbələ,Todaypress.az,