Bəhlul Millətlər Liqası matçında milliyə kömək edə bilməyəcək
İdman
07.10.2024 16:15
Futbol üzrə Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
TodayPress xəbər verir ki, “Qarabağ” klubunun müdafiəçisi Bəhlul Mustafazadə zədələndiyi üçün millinin heyətindən çıxarılıb.
Qeyd edək ki, daha əvvəl millinin məşqçilər korpusu “Sabah” klubunun yarımmüdafiəçisi Elvin Camalovu zədə səbəbindən Vadim Abdullayevlə əvəz edib.
Qeyd edək ki, millimiz UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 11-də Tallində Estoniya komandası ilə qarşılaşacaq.
Namiq HUN
tag: Azərbaycan ,Milli ,Qarabağ ,Bəhlul Mustafazadə ,Elvin Camalov ,todaypress.az,