BƏƏ-nin xokkey klubu KXL-də
İdman
13.12.2024 18:34
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xokkey klubu Kontinental Xokkey Liqasında peyda ola bilər.
TodayPress TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xokkey Federasiyası ilə əməkdaşlıq memorandumu imzalayan BƏƏ Qış İdmanı Federasiyasının vitse-prezidenti Hamel əl-Kubaisi deyib:
“Əmirliklərdə bir neçə liqa var, oyunlar sentyabr-mart aylarında keçirilir, hətta müxtəlif beynəlxalq turnirlər də təşkil olunur. Gələcəkdə bir klubu KXL-ə daxil etmək mümkün olacaq” əl-Kubaisi bildirib.
Xatırladaq ki, BƏƏ-də ilk dəfə KXL klubunun mümkün yaradılması haqqında söhbət 2021-ci ildə liqanın Əmirliklərdə sərgi matçı keçirməyi planlaşdırdığı vaxt ortaya çıxıb.
Namiq HUN
tag: Rusiya, Xokey, BƏƏ, KLub, todaypress.az,