Bədii gimnastlarımızın Saraqosa uğuru
İdman
07.07.2024 14:51
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının İspaniya turnesi uğurla başa çatıb.
TodayPress
xəbər verir ki, komandamız Saraqosa turnirində 3 medal qazanıb.
Heyəti Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan ibarət olan qrup komandası 5 halqa ilə çıxışda gümüş medal qazanıb.
Gimnastlarımız 3 lent və 2 topla çıxışda da fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək
ki, beynəlxalq turnirin ilk günündə yığmamız çoxnövçülük proqramında bütün rəqiblərini
qabaqlayaraq qızıl medala sahib olub.
Namiq HUN