Bədii gimnastlarımızın İspaniya uğuru

İdman

06.07.2024 16:44

Azərbaycan gimnastları İspaniyada qızıl medal qazanıb.

TodayPress xəbər verir ki, Azərbaycanın bədii gimnastika üzrə böyüklərdən ibarət qrup hərəkətləri komandası bu uğura imza atıb. 

Heyəti Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan, Darya Sorokina, Ləman Əlimuradova və Zeynəb Hümmətovadan milli komanda İspaniyanın Saraqosa şəhərində keçirilən beynəlxalq turnirdə rəqiblərindən üstün olub. 

Bədii gimnastlarımız çoxnövçülük proqramında ən yüksək nəticəyə nail olub.

Namiq HUN

tag: Gimnastlar, Azərbaycan, Kamilla Əliyeva, Darya Sorokina, Ləman Əlimuradova, todaypress.az,