Bədii gimnastlarımız tarix yazdılar - 7 qızıl medal
İdman
03.06.2024 11:53
Azərbaycan
bədii gimnastları Monteneqroda tarix yazıblar. Milli Budva şəhərində keçirilən
“Montenegro Cup”da 7 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.
TodayPress
xəbər verir ki, böyüklər arasında Mədinə Dəmirova (çoxnövçülük) turnirin qalibi
olub.
Yeniyetmə
gimnastlardan Məryəm Baloğlanova və Nur Sadıqova hər biri üç qızıl medal
qazanıb. Onlar halqa, top və gürzlərlə hərəkətlərdə bu uğura nail olublar.
Gənc
gimnastların turnirində isə Şəms Müvəffəqi ilə Mədinə Abbaslı (hər ikisi çoxnövçülük) gümüş və bürünc medala layiq görülüblər.
Namiq
HUN
tag: Gimnast, Monteneqro, Qızıl, Medal, Şəms, Mədinə, todaypress.az,