Bədii gimnastlarımız Avropa kubokunun ikinci mərhələsində

İdman

06.05.2025 13:20

9

Bədii gimnastika üzrə Azərbaycan yığma komandası mayın 15-18-də Bolqarıstanda keçiriləcək Avropa kubokunun ikinci mərhələsində çıxış edəcək. 

TodayPress xəbər verir ki, 12 ölkə gimnastlarının qatılacağı seriyanın Burqas turnirində, Azərbaycandan fərdi yarışlarda Gövhər İbrahimova və Zöhrə Cəfərova, yeniyetmələrdə isə Şəms Ağahüseynova və Azadə Atakişiyeva çıxış edəcəklər. 

Bədii gimnastlarımız qrup yarışlarında da təmsil olunacaqlar. Böyüklərdən ibarət komandanın heyətində Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədova yer alıblar. 

Yeniyetmələr qrupuna isə bədii gimnastlardan Nəzrin Abdullayeva, Ayan Nəsirova, Nəzrin Salmanlı, Mədinə Abbaslı, Şəms Müvəffəqi və Nilufər Oruclu  daxil edilibdir. 

Avropa kubokunda 12 ölkədən gimnastlar çıxış edəcəklər.   

Namiq HUN

tag: Bədii Gimnast,Qrup,Kubok,Yarış,Todaypress.az,