Bədii gimnastlar “Aura Cup”da fərqləndilər
İdman
14.10.2024 13:06
Zaqrebdə keçirilən “Aura Cup” beynəlxalq turniri Azərbaycan bədii gimnastları üçün əlamətdar olub.
TodayPress xəbər verir ki, yarışın sonuncu günündə Sofiya Məmmədova yeniyetmələr arasında finalda topla çıxışda bürünc medal qazanıb.
Daha əvvəl o, çoxnövçülükdə gümüş medala sahib çıxıb.
Qeyd edək ki, bədii gymnast Nur Sadıxova isə aktivinə çoxnövçülükdə, topla və halqa ilə hərəkətlərdə 3 gümüş medal yazdırıb.
Namiq HUN
tag: Gimnastlar ,Aura Cup ,Azərbaycan ,Sofiya Məmmədova ,Nur Sadıxova ,todaypress.az,