Bədii gimnastımız idmanla vidalaşır - FOTO
Azərbaycan millisinin daha bir bədii gimnastı karyerasını başa vurub.
TodayPress xəbər verir ki, Zeynəb Hümmətova xalça ilə vidalaşıb.
O, uzun illər qrup komandasının tərkibində çıxış edib. Zeynəb dünya çempionatının bürünc mükafatçısı, Avropa çempionu, ikiqat Olimpiya iştirakçısıdır.
Hümmətova böyük idmanla vidalaşması bu gün “Qış nağılı” beynəlxalq turnirində rəsmiləşəcək.
tag: Gimnast,Bədii,Azərbaycan ,Milli ,Zeynəb Hümmətova,Avropa ,todaypress.az,
