Bədii gimnastımız Gimnaziadanın qalibi oldu
İdman
30.10.2024 14:30
Bəhreyndə keçirilən Gimnaziada İdman Oyunlarında bədii gimnastika üzrə final yarışları keçirilir.
TodayPress xəbər verir ki, Azərbaycan bədii gimnastları Şəms Ağahüseynova və Sofiya Məmmədova hər dörd finalda çıxış edirlər.
Məmmədova halqalarla final yarışında müsiflər heyətindən 29.450 xal alaraq multi-idman oyunlarının qalibi olub. Ağahüseynova isə 29.000 xalla turnirin bürünc medalına sahib çıxıb.
Qeyd edək ki, daha əvvəl Şəms Ağahüseynova çoxnövçülükdə gümüş, Sofiya Məmmədova isə bürünc medala sahib çıxıblar.
Namiq HUN
tag: Gimnazia, Azərbaycan,Bəhreyn,Şəms Ağahüseynova, Sofiya Məmmədova , todaypress.az,