Bədii gimnastımız çoxnövçülükdə finala yüksəldi
Azərbaycanlı bədii gymnast Kamilla Seyidzadə Bakıda keçirilən Avropa kubokunda çoxnövçülükdə finala yüksəlib.
TodayPress xəbər verir ki, o, dörd növdə çıxışların nəticələrinə əsasən, 99,750 xal toplayıb və təsnifatda 16-cı yeri tutaraq finala yüksəlib.
Avropa kubokunda çoxnövçülük üzrə qalib və mükafatçıların adına mayın 4-də "Cross Battle" formatında keçiriləcək final yarışlarından sonra aydınlıq gələcək.
Qeyd edək ki, çoxnövçülüyün təsnifatında birinci yeri ukraynalı Taisiya Onofriyçuk (113,750), ikinci yeri italiyalı Tara Draqaş (110,050), üçüncü yeri isə Ukraynanın digər təmsilçisi Polina Karika (106,900) tutublar.
Namiq HUN
tag: Kamilla Seyidzadə,Gimnast,Final,Turnir,Todaypress.az,