Bədii gimnastika üzrə milli komandanın heyəti açıqlandı

İdman

07.04.2025 12:27

7

Bədii gimnastika üzrə Dünya kubokunda iştirak edəcək Azərbaycan yığma komandasının heyəti açıqlanıb.   

TodayPress xəbər verir ki, aprelin 18-20-də Bakıda keçiriləcək turnirdə fərdi yarışlarda Gövhər İbrahimova və Zöhrə Cəfərova çıxış edəcəklər. 

Azərbaycanı Dünya kubokunun qrup hərəkətlərində isə heyəti Ləman Əlimuradova, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda təmsil edəcək. 

 Namiq HUN

tag: Gimnastika,Azərbaycan,Milli Komanda,Heyət,Todaypress.az,