Bədii gimnastika üzrə milli komanda finala vəsiqə qazandı
İdman
09.08.2024 15:39
Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Paris Olimpiadasında final mərhələsinə vəsiqə qazanıb.
TodayPress xəbər verir ki, Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət 14 kollektivin mübarizə apardığı təsnifat mərhələsini 8-ci pillədə bitirib.
Komandamız iki hərəkətin cəmində 62.000 xal toplayaraq finala vəsiqə qazanan 8 kollektiv sırasına adını yazdırıb.
Bədii gimnastlarımız halqalarla hərəkətdə hakimlərdən 33.850, üç lent və iki topla çıxışda isə 28.150 xal alıb.
Bu növdə XXXIII Yay Olimpiya Oyunlarının qalib və mükafatçılarının adı avqustun 10-da məlum olacaq.
Namiq HUN
tag: Zeynəb Hümmətova,Darya Sorokina, Gimnast,Yay Olimpiya Oyunları,Güllü Ağalarzadə, todaypress.az,