Bədii gimnast CAS-a şikayət etdi

İdman

24.04.2025 15:59

8

Beynəlxalq Gimnastika Federasiyası (FIG) Lalə Kramarenkoya neytral idmançı statusu verməkdən imtina edib.   

TodayPress “R-Sport”a istinadən xəbər verir ki, bədii gimnastika üzrə Avropa çempionu “Vətənin Müdafiəçisi Günü”nə həsr olunan qala-konsertdə iştirak etdiyi üçün yox cavabı alıb. 

Bundan başqa, gimnastın təmsil etdiyi MGFSO idman klubu sosial şəbəkələrdə Ukrayna ilə müharibəyə dəstək nümayiş etdirib.  Lalə Kramarenko həmçinin bədii gimnastika üzrə Rusiya yığmasının keçmiş baş məşqçisi İrina Vinerlə birgə fotosunu dərc etməkdə ittiham olunur. 

Kramarenko FIG qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edib. 

Qeyd edək ki, Lalə futbol üzrə Azərbaycan millisinin keçmiş qapıçısı Dmitri Kramarenkonun qızıdır.   

Namiq HUN

tag: Lalə Kramarenko,Gimnast,Yarış,Uğur,Todaypress.az,