Bədəlovun “Qarabağ” istəyi baş tutacaq?
İdman
28.12.2024 14:58
“Sumqayıt” klubunun futbolçusu Elvin Bədəlov karyerasını “Qarabağ”da davam etdirə bilər.
TodayPress xəbər verir ki, müdafiəçi “Neftçi” klubunun da maraq dairəsindədir.
29 yaşlı futbolçunun özü isə Azərbaycan çempionunun heyətinə qoşulmaqda maraqlıdır.
Bədəlovun “köhlən atlar”a keçidi limit məsələsindən asılıdır.
İcraiyyə Komitəsi Premyer Liqada limiti aradan götürəcəyi halda “Qarabağ” klubun düşərgəsinə legioner müdafiəçi dəvət edəcək. Yox, limit qalacağı halda yerli futbolçu statusuna görə Elvin Bədəlovun transferinə üstünlük veriləcək.
“Ağ-qaralar” isə müdafiəçini limitdən asılı olmayaraq heyətə qatmaqda maraqlıdırlar.
Qeyd edək ki, Elvin Bədəlovun “Sumqayıt”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
Namiq HUN
tag: Sumqayıt ,Elvin Bədəlov, Qarabağ, Limit, todaypress.az,