"Bayern Münhen" Kompanini yeni baş məşqçi təyin etdiyini təsdiqləyib

İdman

28.05.2024 21:35

"Bayern"in İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge belçikalı mütəxəssis Vensan Kompaninin Münhen klubunun yeni baş məşqçisi olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

“Bizim direktor Vensan Kompanini yeni baş məşqçi kimi seçmək qərarına gəlib. Biz yekun təfərrüatları tamamladıdan sonra bu, rəsmi olaraq elan olunacaq”.

Daha əvvəl “Bayern”in İngiltərə klubunun baş məşqçisi Vensan Kompani ilə müqaviləni vaxtından əvvəl pozduğuna görə təzminat məbləği ilə bağlı “Börnli” ilə tam razılığa gəlib. "Bayern" "Börnli"yə 10-12 milyon avro məbləğində təzminat ödəyəcək. Belçikalı mütəxəssislə 2027-ci ilə qədər əmək müqaviləsi bağlanacaq.

tag: İdman, Bayern, Football, todaypress.az,