"Bayer"in gözlənilməz məğlubiyyəti
Almaniya
Bundesliqasının II turunda "Bayer"in məğlubiyyətsiz oyunlar tilsimi nəhayət
ki, qırılıb.
TodayPress xəbər verir
ki, 35 matçdan sonra seriyaya son qoyulub.
Xatırladaq ki, Leverkuzen
klubu sonuncu dəfə Bundesliqada ötən ilin mayında məğlub olub. Beləliklər onlar
2023/2024 mövsümündə uduzmadan çempion titulunu qazanıblar. "Bayer"
öz meydanında "Leypsiq"ə boyun əyib. Komanda 2:0 hesablı üstünlüyü
qoruya bilməyib.
tag: Bayer,Futbol,Uduzmaq,Leypsiq,Bundesliqa,todaypress.az,