“Bayer”in forvardı qəzaya düşdü
İdman
21.10.2024 10:41
“Bayer Leverkuzen” klubunun futbolçusu Viktor Bonifes dostları ilə hava limanına gedərkən qəzaya düşüb.
TodayPress “Bild” nəşrinə istinadən xəbər verir ki, Bonifesin sərnişini olduğu avtomobilin sürücüsü idarəetməni itirərək qarşıdan gələn yük maşınına çırpılıb. Nəticədə futbolçunun olduğu avtomobil aşıb.
Viktor Bonifesi xəstəxanaya aparıblar. “Bayer” nigeriyalı forvardın yalnız əlindən yüngül zədə aldığını bildirib.
Qeyd edək ki, Bonifes bu mövsüm Leverkuzen təmsilçisinin heyətində 10 oyun keçirib və 7 qol vurub.
Namiq HUN
tag: Bayer Leverkuzen,Viktor Bonifes,Nigeriya, Forvard, Leverkuzen, todaypress.az,