"Bayer 04" virtzlə yeni müqavilə bağladı

İdman

16.12.2024 16:05

"Bayer 04" klubu futbolçusu Florian Virtzlə müqaviləsini uzadıb.

TodayPress "Kicker" nəşrinə istinadən xəbər verir ki, Leverkuzen təmsilçisi 21 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək sözləşmə imzalayıb.

Yeni müqaviləyə əsasən, Virtz "Bayer 04"ün ən çox qazanan futbolçusu adına yiyələnəcək. Onun maaşı illik 10 milyon avrodan çox, lakin 20 milyondan xeyli az olacaq.

Qeyd edək ki, cari mövsüm Florian "Bayer 04"ün heyətində 17 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürrmə edib.

Namiq HUN

tag: Futbol, Bayer,Maaş, Florian, todaypress.az,