“Bayer 04” Virtsə qiymət etiketi qoydu
İdman
25.09.2024 12:22
Almaniyanın “Bayer 04” klubu yarımmüdafiəçisi Florian Virtsin qiymətini müəyyən edib.
TodayPress xəbər verir ki, Leverkuzen təmsilçisi almaniyalı yarımmüdafiəçinin transferindən 150 milyon avro qazanmaq istəyir.
Avropanın “Real Madrid” və “Liverpul” kimi top klubları futbolçunun xidmətində maraqlıdırlar. Orta xətt oyunçusu daha əvvəl “Bavariya” klubunun da maraq dairəsində olub.
Virts bu mövsüm Bundesliqada meydana çıxdığı 4 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
21 yaşlı yarımmüdafiəçi son mövsüm “Bayer 04”lə Almaniya çempionu titulunu və ölkə kubokunu qazanıb.
Namiq HUN
tag: Real Madrid, Liverpul ,Bavariya, Bundesliqa ,Almaniya ,todaypress.az,