“Bayer 04” “Ştutqart”ın müqavimətini qıra bilmədi
İdman
02.11.2024 09:02
Futbol üzrə Almaniya Bundesliqasının IX turu çempion “Bayer 04”ün xal itkisi ilə start götürüb.
TodayPress xəbər verir ki, Leverkuzen təmsilçisi “Ştutqart”ın müqavimətini qıra bilməyib.
“BayArena” qarşılaşmasında qapılara qol vurulmayıb.
Xabi Alonsonun yetirmələri artıq 4-cü oyundur ki, rəqibləri ilə xalları yarıya bölürlər.
Qeyd edək ki, hesabında 16 xal olan “Bayer 04” liderlər - “Bavariya” və “Leypsiq”dən 4 xal geri qalıb.
Namiq HUN
tag: Almaniya, Bundesliqa, BayArena, Xabi, Bavariya, todaypress.az,