“Bayer 04” qol silahını itirdi

İdman

23.11.2024 12:42

“Bayer 04”in mərkəz hücumçusu Viktor Bonifeys zədələnib.

TodayPress “The Atletic”ə istinadən xəbər verir ki, o, Nigeriya millisinin heyətində sıradan çıxıb.

Bonifeysin bu il meydana çıxacağı gözlənilmir. 23 yaşlı futbolçu yeni ildən yaşıl meydana qayıda biləcək.

Qeyd edək ki, Viktor Bonifeys cari mövsüm Leverkuzen təmsilçisinin heyətində bütün yarışlarda 15 oyuna çıxıb. O, bu görüşlərdə 8 qol vurub və 1 asist edib.

Namiq HUN

tag: Bayer 04, Viktor Bonifeys,Nigeriya, Leverkuzen, todaypress.az,