“Bayer 04” mövsümə qələbə ilə başladı

İdman

24.08.2024 10:45

1654

Almaniya Bundesliqasında 2024/2025 mövsümü start götürüb.

TodayPress xəbər verir ki, ilk turda Münhenqladbaxda "Borussiya" və "Bayer 04" futbol klubları üz-üzə gəlib.

Son çempion mövsümün açılış matçında çətin qələbə qazanıb. Fasiləyə 2:0 hesablı üstünlüklə yollanan Xabi Alonsonun komandası ikinci hissədə qapısından iki top buraxıb. Leverkuzen klubu yalnız 90+11-ci dəqiqədə qələbə topunu vura bilib 2:3.

 

Namiq HUN

tag: Almaniya Bundesliqası,Borussiya,Bayer 04,Xabi Alonso,Leverkuzen,todaypress.az,