Bayden çempionlarla görüşdə çaşdı
İdman
22.11.2024 15:02
ABŞ prezidenti Cozef Bayden ötən mövsüm NBA çempionu olan “Boston Seltiks”in basketbolçularını və məşqçilər heyətini qəbul edib.
TodayPress xəbər verir ki, mərasimdə Bayden növbəti səhvi ilə diqqət mərkəzinə düşüb.
82 yaşlı prezident çıxışında “Boston”un adını qarışdıraraq komandanı “Bolls” adlandırıb.
Komandanın çempionluğu şərəfinə keçirilən mərasimdə belə halın yaşanması birmənalı qarşılanmayıb.
Qeyd edək ki, “Boston Seltiks” 18-ci dəfə NBA çempionu olub. “Ağ-yaşıllar” finalda “Dallas”ı 4-1 hesabı ilə məğlub edib.
Namiq HUN
tag: Bayden, Komanda, Boston Seltiks, NBA,Çempion, todaypress.az,