“Bavariya”nın qapıçısına bədxassəli şiş diaqnozu qoyuldu
İdman
18.11.2024 18:15
“Bavariya” futbol klubunun qadınlardan ibarət komandasının qapıçısı Mariya Luiza Qroxs ağır xəstəliyə tutulub.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, 23 yaşlı qolkiper ona bədxassəli şiş diaqnozu qoyulduğunu bildirib:
“Xəstəlik gözləmədiyim bir çağırışdır. Amma buradakı hər kəsin köməyi ilə bunu dəf edəcəyimə və tam sağalacağıma əminəm. Münhendəki həkimlərin nəzarəti altında, ən yaxşı şəraitdə müalicə alıram. Komandamın və klubun dəstəyinə tam güvənə bilərəm”.
Münhen təmsilçisi jest edərək Qroxsla mövsümün sonunda başa çatacaq müqavilənin müddətini daha bir il uzadıb.
Qeyd edək ki, Mariya Kuiza Qroxs 2019-cu ildə “Bohum”dan “Bavariya”ya transfer olunub. Qapıçı 2022-ci ildə əsas komandaya dəvət alıb və indiyə qədər 81 oyun keçirib. O, “Bavariya” ilə üç dəfə Almaniya çempionu olub. Qolkiper 2024-cü ildə ölkə superkubokunu qazanıb. Mariya Kuiza “Bavariya”nın heyətində ötən mövsümdə 22 matçda cəmi 8 qol buraxıb, 16 oyunda isə qapısını toxunulmaz saxlayıb.
Namiq HUN
tag: Bavariya, Xəstəlik, Münhen,Mariya Luiza Qroxs, Almaniya, Çempion, todaypress.az,