"Bavariya"nın qapıçısı antirekorda imza atdı

İdman

14.04.2025 21:00

6

Almaniyanın “Bavariya” komandasının qapıçısı Yonas Urbiq antirekorda imza atıb.

TodayPress xəbər verir ki, o, Münxen təmsilçisinin tarixində Bundesliqada debüt etdiyi mövsümün ilk beş oyununda qol buraxan yeganə qolkiper olub.

21 yaşlı oyunçu “Bohum" (2:3), "Union" (1:1), "Sankt-Pauli" (3:2), "Auqsburq" (3:1) və "Borussiya Dortmund”la (2:2) matçlarda qapısında top görüb.

Qeyd edək ki, gənc qapıçı mart ayının əvvəlində baldır əzələsindən zədə alan Manuel Noyerin əsas əvəzləyicisidir.

tag: Qapıçı, Almaniya, Bavariya, Yonas Urbiq, Bohum, todaypress.az,